çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Villian İngiltərənin digər klubuna keçir

29.07.2020 18:43 Oxundu 555

Villian İngiltərənin digər klubu "Arsenal"la anlaşmağa yaxındır.

Cempion.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" ilə Villianın yeni müqavilə danışıqları dayandırılıb. Buna səbəb braziliyalının 3 illik saziş istəməsi olub.

Xəbərdə, futbolçunun "Arsenal"la danşıqlara başladığı və razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Villian 2013-cü ildə "Anji"dən "Çelsi"yə transfer olunub. 31 yaşlı oyunçu son mövsümdə 34 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.