çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

"Liverpul"lun istədiyi futbolçuya qiymət qoyuldu

29.07.2020 19:13 Oxundu 558

"Bayern" adı "Liverpul"la hallanan yarımmüdafiəçisi Tyaqo Alkantaraya qiymət qoyub.
 
Cempion.az xəbər verir ki, Münhen təmsilçisi ispaniyalı yarımmüdafiəçini 30 milyon avroya satmağa hazırdır. "Liverpul" 29 yaşlı futbolçu üçün bu məbləği ödəsə, transfer baş tutacaq.

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo "Bayern"də 231 oyun keçirib, 31 qol vurub və 37 assist edib.