29.07.2020 20:13
693


"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qırmızı-qaralar" türkiyəli təcrübəli yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib. 26 yaşlı oyunçu təklifi qəbul etsə, illik 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, Hakan bu mövsüm 36 oyunda 10 qol vurub, 8 assist edib.