çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

"Liverpul"da daha iki ayrılıq gözlənilir

30.07.2020 10:04 Oxundu 729

Son Premyer Liqa çempionu "Liverpul"un heyətində daha iki ayrılıq yaşanmaq üzrədir.

Cempion.az ''Sky Sports'' nəşrinə istinadən xəbər verir ki, bu günlərdə Adam Lallananın "Brayton"a keçidinin ardından daha iki futbolçu komandadan getməyə namizəddir. Sözügedən oyunçular Divok Origi və Cerdan Şakiridir. Baş məşqçi Yurgen Klopp bu futbolçuları sərəncamında görmək niyyətində deyil. Artıq Origi və Şakirinin satışa çıxarıldığı bildirilir.