çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona"nın hücumçusu  "İnter Mayami"nin hədəfində

30.07.2020 12:53 Oxundu 601

"Barselona"nın hücumçusu karyerasını Amerikada davam etdirə bilər.

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın rəhbərliyi futbolçu ilə müqaviləni hələ uzadmayıb. Razılaşmanın müddəti 2021-ci ilin yayında başa çatacaq. 32 yaşlı oyunçu növbəti mövsümdəki matçların 60 faizində iştirak edəcəyi təqdirdə müqavilənin avtomatik yenilənməsini gözləyir. "İnter Mayami" müqavilənin uzadılmayacağı halda hücumçunu pulsuz götürmək niyyətindədir.

Qeyd edək ki, L.Suares "Barselona"da 2014-cü ildən oynayır. Futbolçu bu müddətdə İspaniyanın dördqat çempionu, İspaniya Kubokunun dördqat və Superkubokunun ikiqat sahibi, Liqa çempionatının qalibi olub. O həmçinin Uruqvayın "National", Niderlandın "Qroningen", "Ayaks" və İngiltərənin "Liverpul" komandalarında oynayıb. Uruqvay millisində L.Suares 111 matç keçirib, 58 qol vurub.