çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Türkiyə kubokunun qalibi müəyyənləşdi

30.07.2020 13:27 Oxundu 597

İyulun 29-da futbol üzrə Türkiyə kubokunun final matçı oynanılıb.

Cempion.az xəbər verir ki, İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda "Trabzonspor" və "Alanyaspor" komandaları qarşılaşıblar. Görüş "Tranzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:0. Birinci qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Superliqanın cari mövsümdə bombardiri olan Aleksander Sorlot qoyub.

Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Türkiyə kubokuna sahib olub. Sonuncu dəfə Trabzon təmsilçiləri kuboka 2010-cu ildə sahib olublar. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Qeyd edək ki, çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" tarixində birinci dəfə ölkə kubokunda final həyəcanı yaşayıb.