çərşənbə, 30 iyul 2025

BİZİM FUTBOL

FİFA-dan AFFA-ya maddi yardım olunacaq

30.07.2020 13:57 Oxundu 600


FİFA İcraiyyə Komitəsinin bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib.

Cempion.az xəbər verir ki, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq.

211 milli assosiasiyanın hər biri, o cümlədən AFFA 1 milyon ABŞ dolları qrant alacaq. Daha 500 min ABŞ dolları isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon ABŞ dolları faizsiz kredit də götürə biləcəklər.