30.07.2020 18:11
576


Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona” – "Napoli” oyunu neytral meydanda keçirilə bilər.
Cempion.az xəbər verir ki, buna səbəb cavab oyunları çərçivəsində baş tutmalı olan görüşün İspaniyada təşkili sual altına düşməsidir. Koronavirus pandemiyasının İspaniyada yayılması üzündən UEFA Barselonadakı oyunun yerini dəyişdirməyi götür-qoy edir.
Bildirilir ki, qurum Səhiyyə Departamentinə müraciətinin cavabını gözləyir. Əgər oyunun sağlamlıq üçün təhlükəli olduğu bildirilsə, qarşılaşmanın yeri dəyişdiriləcək.
Yekun qərar bu həftə verilməlidir. Çünki qarşılaşma avqustun 8-də keçirilməlidir.
Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.