çərşənbə, 30 iyul 2025

BİZİM FUTBOL

“Neftçi”də yeni müqavilə

30.07.2020 19:52 Oxundu 568


“Neftçi” PFK baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Cempion.az xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.