çərşənbə, 30 iyul 2025

BİZİM FUTBOL

Canni De Byazi ilə müqavilə imzalandı -RƏSMİ

30.07.2020 19:33 Oxundu 626


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Cempion.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə, tərəflər arasında bu gün müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.