çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Tyaqo Mendeş baş məşqçiliyə başladı

31.07.2020 13:56 Oxundu 566

Portuqaliya millisinin keçmiş üzvü Tyaqo Mendeş baş məşqçiliyə başlayıb.

Cempion.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasına rəhbərlik edəcək. Mendeşlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klublarda çıxış edib. O, 2017-2018 mövsümündə Madrid "Atletiko"sunda köməkçi məşqçi kimi çalışıb.