çərşənbə, 30 iyul 2025

BİZİM FUTBOL

“Sumqayıt”da yeni müqavilə

31.07.2020 15:00 Oxundu 583


“Sumqayıt” futbol klubu daha bir futbolçusuyla müqavilə müddətini artırıb.

Cempion.az klubun rəsmio sayıtına istinadən xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçisi Vüqar Mustafayevlə yeni müqavilə imzalayıb. 

Yarımmüdafiəçi daha 1 il “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2019/2020 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1346 dəqiqə meydanda olub.

“Sumqayıt” daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazovla müqavilə müddətini artırmışdı.