cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

''Napoli''nin yeni hədəfi

31.07.2020 18:20 Oxundu 604

İtaliyanın ''Napoli'' klubu Türkiyə yığmasının üzvü ilə maraqlanır.

Cempion.az ''Calciomercato'' nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi ''Roma'' klubunda forma geyinən Cengiz Ündərə göz dikib. Təcrübəli hücumçu üçün ''Napoli'' rəsmiləri qarşı tərəfə 31 milyon avro təklif edəcək. Xəbərdə, futbolçu ilə razılığa gəlindiyi bildirilir. Klublar arasında danışıqlar müsbət nəticələnsə, oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Cengiz Ünder "Roma"ya 2017-ci ildə "Başakşəhər"dən keçib.