31.07.2020 18:50
590


“Barselona” brazilyalı hücumçu ilə heyyətini gücləndirmək istəyir.
Cempion.az “Sky Sports”a istinadən xəbər verir ki, Kataloniya klubu Çelsinin yarımmüdafiəçi Villian ilə danışıqlara başlayıb. “Barselona”nın 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif etdiyi bildirilir. Villianın öz klubu “Çelsi” və Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dən də təklif aldığı qeyd olunub.
Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.