cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

“Lill”in hücumçusu “Napoli”də

31.07.2020 20:42 Oxundu 687


İtaliyanın “Napoli” klubu heyətinə yeni futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Neapol təmsilçisi Fransanın “Lill” klubunun hücumçusu Viktor Osimheni heyyətinə cəlb edib. 21 yaşlı oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Almaniyanın “Volfsburq” klubunun yetirməsi olan Osimhen, 2018/19 mövsümünü “Şarlerua”da keçirib.

Bu mövsümün əvvəlindən isə o, “Lill”də forma geyinirdi. O, Nigeriya yığmasında çıxdığı 10 matçda 4 qol vurub.