31.07.2020 21:06
519

"Zenit" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 36 yaşlı futbolçusu Yuri Jirkovla müqavilənin müddətini 2020/2021 mövsümünün sonuna kimi uzadıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi 2016-cı ildən "Zenit"də oynayır. O, indiyə kimi 107 matçda 5 qol vurub, 15 qolun ötürməsini verib.