01.08.2020 11:30
580


''Lill''in ''Qalatasaray''ın gənc futbolçusunu transfer etmək istədiyini xəbər vermişdik.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, ''Lill'' klubu Mustafa üçün yalnız yetişdirmə haqqı ödəyəcək. Futbolçu ilə avqustun 8-də - 18 yaşı tamam olanda müqavilə imzalanacaq. Mustafa Kapı Fransa təmsilçisində forma geyinən 4-ci türk futbolçu olacaq.
Türkiyəli futbolçu 2014-cü ildə "Dənizlispor"un akademiyasından "Qalatasaray"a keçib.