cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

İsveçrəli hücumçu "Beşiktaş"da

01.08.2020 12:13 Oxundu 562

"Beşiktaş" klubu gələcək mövsüm üçün güclü heyyət qurmağı planlaşdırır.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "Bazel"dən ayrılan Kevin Bua ilə razılığa gəlib. 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün tezliklə İstanbula gələcək.

Qeyd edək ki, isveçrəli futbolçu 2016-cı ildə 1,5 milyon avroya "Sürix"dən "Bazel"ə keçmişdi.

O, ötən mövsüm keçirdiyi 29 oyunda 10 qol vurub, 8 assist edib.