01.08.2020 13:17
561


“Dortmund'' Borussiya niderlandlı hücumçu ilə heyyətini gücləndirmək istəyir.
Cempion.az “Bild” nəşrinə istinadən xəbər verir ki,Almaniya təmsilçisi ''Olimpik Lion''un hücumçusu Memfis Defay ilə danışıqlara başlayacaq. “Dortmund”un 26 yaşlı futbolçuya 3 illik müqavilə təklif edəcəyi gözlənilir. Hücumçunun meneceri ilə ilkin razılığın əldə edildiyi qeyd olunub. Klublar arasında danşıqlar müsbət nəticələnsə, transfer yaxın günlərdə açıqlanacaq. Defay ilə Avropa klubları da yaxından maraqlanır.