çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Türkiyəli hücumçu Fransa klubunda

01.08.2020 14:47 Oxundu 592


Fransanın “Lill” klubu türkiyəl hücumçu ilə heyyətini gücləndirib.

Komanda.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Liqa 1 klubu “Beşiktaş”dan ayrılan Burak Yılmazı transfer edib. Təcrübəli hücumçuyla iki illik müqavilə imzalanıb. Burak “Lill”də ilk məşqinə də çıxıb. Burak Yılmaz son mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı oyunlarda 13 qola imza atıb. O, “Lill”də forma geyinən Zeki Çelik və Yusuf Yazıcıdan sonra Fransa klubunun heyətinə qatdığı üçüncü türk futbolçudur.

Qeyd edək ki, Burak 59 dəfə də formasını geyindiyi Türkiyə yığmasında 24 qol vurub.