çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

''Barselona''da Ter Ştegen problemi

01.08.2020 15:47 Oxundu 813

İspaniyanın ''Barselona'' klubu Mark-Andre ter Ştegen ilə razılığa gələ bilmir.

Cempion.az AS nəçrinə istinadən xəbər verir ki,  Ter Ştegen Kataloniya klubundan illik 10 milyon avro istəyir. ''Barselona'' rəsmiləri isə bu məbləği yüksək qiymətləndirir. Səbəb olaraq isə COVİD-19 virusunun kluba verdiyi zərər göstərilir. Rəhbərlik hazırki vəziyyətdə bu qədər pulu təcrübəli qolkiperə verə bilməyəcəyini bildirib.

Qeyd edək ki, İngiltərənin ''Çelsi'' və ''Bavariya'' klubları Ter Ştegen ilə yaxından maraqlanırlar.