cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in Sanço planı

01.08.2020 20:00 Oxundu 498

"Mançester Yunayted"in Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço ilə maraqlandığın xəbər vermişdik.

Cempion.az ESPN-ə istinadən  xəbər verir ki, Sulşer Harri Maquayr, Brunu Fernandeş kimi oyunçuların transferləri zamanı baş verənlərin təkrarlanmasından ehtiyatlanır. O, əlavə vaxt itirməyin əleyhinədi və futbolçunun adaptasiyası üçün uzun müddət tələb olunduğunu düşünür.

Mənbənin məlumatına görə, Sanço uğrunda mübarizədə favorit olduqlarına inanan "qırmızı şeytanlar"ın rəsmiləri transfer qiymətini 80 milyon funta kimi azalda biləcəklərindən əmindilər. Vitse-prezident Ed Vudvordun ilkin təklifinin 50 milyon funt olacağı bildirilir. Sulşer və məşqçilər heyəti isə təklifin reallığa uyğun olmasını istəyir. Onlar "Borussiya"nın bu məbləğə "yox" deyəcəyindən əmindilər.

20 yaşlı futbolçu norveçli mütəxəssisin yay üçün əsas transfer hədəfidi. "Borussiya" daha öncə Sançonu 120 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlamışdı.

"Yunayted"in transferi rəsmiləşdirmək üçün 10 avqusta kimi vaxtı var. Sözügedən tarixdə Dortmund klubunun yeni mövsüm hazırlıqları başlayacaq.