cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Qızıl buts"unun sahibi müəyyənləşdi

02.08.2020 13:44 Oxundu 583

2019/20ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.

Cempion.az xəbər verir ki, fəxri mükafata "Latsio" klubunun hücumçusu Ciro İmmobile sahib çıxıb. A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.

Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.