cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Turritsiani yığmamıza keçidini şərh edib

02.08.2020 16:20 Oxundu 527


Azərbaycan millisinin yeni məşqçisi Federiko Turritsiani komandaya keçidini şərh edib.

Cempion.az xəbər verir ki, oyunların analitikasıyla məşğul olacaq italiyalı çalışdırıcının sözlərinə görə, millimizin baş məşqçisi Canni de Byazinin ilk zəngini ciddi qəbul etməyib: “İlk zəngdə zarafat olduğunu düşündüm. Lakin hər şeyin ciddi olduğunu başa düşəndə, böyük həvəslə razılaşdım. İşimə start vermək üçün səbirsizliklə gözləyirəm''. 

 Qeyd edək ki, Turritsiani ilə də 2 illik müqavilə imzalanacaq.