cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona” Semedonu saxlamaq istəyir

03.08.2020 10:04 Oxundu 629

"Barselona” klubunun rəhbərliyi Nelson Semedo ilə mövcud müqavilənin müddətini uzatmaq üçün onunla danışıqlar aparır.

Cempion.az "Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Semedo ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq, eyni zamanda futbolçunun maaşını və təzminat məbləğini artırmaq niyyətindədir.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2017-ci ilin yayında "Benfika”dan "Barselona” ya keçib. Transferin məbləği 35,7 milyon avro idi .  

Klubla futbolçu arasında mövcud olan müqavilənin müddəti 2022-ci ildə bitir.