cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

FİFA prezidenti vəzifəsində qalacaq

03.08.2020 10:35 Oxundu 538

FİFA təşkilatının prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onun baəsində apardığı istintaq müddətində vəzifəsini icra edəcək.

Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, o, səlahiyyətlərini icra edəcək, İsveçrə və digər ölkələrdəki səlahiyyətli şəxslərlə əməkdaşlığını davam etdirəcək.

Xatırladaq ki, İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.