03.08.2020 12:35
590


''Mançester Yunayted'' ''Lester Siti''nin qolkiperi ilə maraqlanır.
Cempion.az ''The Sun'' nəşrinə istinadən xəbər verir ki, ''qırmızı şeytanlar'' danimarkalı təcrübəli əlcək sahibi Kasper Şmeyxelə göz dikib. ''Mançester Yunayted'' Şmeyxeli klubda ikinci qapçı olaraq düşünür. Xəbərdə, tərəflər arasında danşıqların davam etdiyi bildirlir. Ötən mövsüm K.Şmeyxel "Lester"lə 44 oyun keçirib, 48 qol buraxıb və 14 dəfə sıfıra oynayıb. Klubla mövcud müqaviləsi 30 iyun 2023-cü ilədək qüvvədədir. Futbolçunun transferinin dəyəri 9,5 milyon avro qiymətləndirilir.