cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"İnter" onunla yollarını ayrır

03.08.2020 13:07 Oxundu 574

İtaliya "İnter"inin baş məşqçisi Antonio Konte yaxın günlərdə öz vəzifəsindən ayrıla bilər.

Cempion.az "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 51 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılığıdır.

Artıq italiyalını əvəzləyəcək yeni baş məşqçinin adı da məlumdur. Rəhbərlik komandanı Kontenin həmyerlisi Massimiliano Alleqriyə həvalə etmək niyyətindədir.

Qeyd edək ki, A.Konte 2019-cu ilin mayından "İnter"in sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında ötən mövsüm İtaliya A Seriyasının gümüş medallarını qazanıb.