03.08.2020 15:16
618


''Beşiktaş''ın Çempionlar Liqasında hansı təsnifat mərhələsindən başlayacağı məlum deyil.
Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, əgər cari UEFA Avropa Liqası turnirində ''Şaxtyor'', ''İnter'', ''Sevilya'', ''Mançester Yunayted'' klublarından biri qalib olarsa, bu halda ''Beşiktaş'' mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq. Əgər həmin turniri ''Başakşehir'' xaric olmaqla digər komandalardan biri qazanarsa, bu halda ''qara qartallar'' qitənin ən nüfuzlu turnirinə 2-ci təsnifat mərhələsindən start götürəcək. Avropa Liqasını ''Başakşehir'' qazanarsa, ''Beşiktaş'' mübarizəyə Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.