cümə axşamı, 31 iyul 2025

BİZİM FUTBOL

''Keşlə'' yoxlama görüşləri keçirir

04.08.2020 11:39 Oxundu 653

Ölkəmizi Avropa liqasında təmsil edəcək “Keşlə” növbəti yoxlama oyununu keçirib.

Cempion.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda bu dəfə “Səbail”lə qarşılaşıb. “Keşlə” rəqibinə iki cavabsız qolla qalib gəIib. Komandanın heyətində  Şəhriyar Əliyev və Vüsal İsgəndərli fərqlənib.  Bu görüşdə “Keşlə”nin yeni legioneri  Dmitri Klyots da iştirak edib. Ukraynalı yarımmüdafiəçi matçın 71-ci dəqiqəsində Con Kamaranı əvəzləyib. Dmitri Klyots yeni komandasında  "22 nömrə"li forma ilə çıxış edəcək.

Xatırladaq ki,  bundan əvvəl yoxlama matçlarında “Qarabağ”a 1-3 hesabı ilə uduzan “Keşlə” "Zirə"yə minimal hesabla qalib gəlib. “Səbail” isə “Qəbələ”ni 2-1 hesabı ilə məğlub etmişdi.