04.08.2020 13:09
536


"Barselona" zədələrə görə az oynayan Usman Dembeleni satmağa qərar verib.
Cempion.az ''Mundo Deportivo'' nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunda zədə səbəbinə görə əsas heyyətdən kənarda qalan və istənilən oyunu göstərə bilməyən Dembele ''Barselona''nın satış siyahısına daxil edilib. Katalonlara rəsmi təklif gəlməsə də, bir çox klub fransalı hücumçu ilə maraqlanmağa başlayıb.
"Barsa" Lionel Messi, Luis Suares, Antuan Qrizmann və Ansu Fatinin kölgəsində qalan 23 yaşlı futbolçunun bundan sonra komandaya fayda verəcəyini düşünmür.
Qeyd edək ki, Dembele ötən mövsüm 9 oyunda 1 qol vurub.