04.08.2020 14:08
530

2019-cu ilin iyul ayından “Sumqayıt” futbol klubunun əsas heyətinin fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada komandadan ayrılıb.
Cempion.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ispan mütəxəssis Türkiyə Superliqasında çıxış edən Ankaranın “Gənclərbirliyi” klubunda yeni baş məşqçi təyin olunan Mert Nobre ilə çalışacaq.