04.08.2020 14:39
615


Türkiyənin ''Qalatasaray'' ''Atletiko Bilbao''nun oyunçusu ilə maraqlanır.
Cempion.az ''La Razon'' nəşrinə istinadən xəbər verir ki, ''sarı qırmızılılar'' ''Bilbao''da forma geyinən təcrübəli qolkiper Luqo Herera ilə razılıq əldə edib. Klubar arasında danışıqlarda müsbət nəticələnib. 2021-ci ildə İspaniya təmsilçisi ilə müqaviləsi bitəcək olan Herera icarə əsasında ''Qalatasaray''a yollanacaq.
Qeyd edək ki, 32 yaşındakı qolkiper bu mövsüm ''Bilbao'' forması ilə 9 oyuna çıxıb.