04.08.2020 15:10
630


"Barselona"dan ayrılan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirəcək.
Cempion.az Radyospora istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "sarı-qırmızılar"la razılıq əldə edib. "Qalatasaray"la 2+1 illik müqavilə imzalayan Arda Turan klubdan illik 15 min avro qazanacaq.
Xatırladaq ki, Türkiyə millisinin üzvü peşəkar karyerasına "Qalatasaray"da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında "Atletiko"ya transfer olmuşdu.
Qeyd edək ki, Arda ötən mövsümün ilk yarısını "Başakşəhər"də keçirmişdi.