04.08.2020 16:40
598

“Barselona”nın hücumçusu “Vest Hem”in hədəfindədir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Martin Breytveytin transferi tamamlanmağa yaxındır. Klublar arasında müzakirələrin aparıldığı və danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. Məlumata görə, “Vest Hem” bu transfer üçün Kataloniya klubuna 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu ilin fevralından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.