cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

“Torino”da baş məşqçi dəyişikliyi

04.08.2020 17:10 Oxundu 562

İtaliyanın “Torino” klubunun baş məşqçisi Moreno Lonqo istefa verib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, qərarını A Seriyasının sonuncu – 38-ci turunda “Bolonya” ilə keçirilən oyundan sonra açıqlayıb: “Bu,“Torino”da son oyunum idi. Məni komandanı elitada saxlamaq üçün dəvət etmişdilər – mən bunu bacardım”. Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında “Milan”ın sabiq baş məşqçisi Marko Campaolo ilə razılıq əldə etdiklərini deyib.