cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" Ceydon Sanço ilə razılıq əldə etdi

04.08.2020 17:40 Oxundu 629

Ceydon Sançonun "Mançester Yunayted"in Ceydon Sanço ilə maraqlandığın xəbər vermişdik.

Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar yekun mərhələdədi. "Mançester Yunayted"in transfer ödənişini tranşlarla etməyi planlaşdırdığı bildirilir.

''MY'' Sanço ilə müqavilənin şəxsi detallarını artıq razılaşdırıb. Sözləşmə 5 illik olacaq. 

"Borussiya" yeni mövsüm hazırlıqlarının başlayacağı 10 avqust tarixinə kimi transferin bitməsini istəyir. Dortmund klubu 20 yaşlı futbolçunun mümkün boşluğunu "Lion"dan Memfis Depayla doldurmaq niyyətindədi.

Qeyd edək ki, 2019-20 mövsümündə Bundesliqada 32 matçda meydana çıxan Sançonun aktivində 17 qol, 16 məhsuldar ötürmə var.