cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Arsenal”dan hücumçusuna yeni müqavilə təklifi

04.08.2020 18:40 Oxundu 539

"Arsenal” hücumçusu Pyer-Emerik Obameyanqa 3 illik müqavilə təklif etməyə hazırlaşır.

Cempion.az "Mirror"-a istinadən xəbər verir ki, qabonlu hücumçu "topçular"la razılığa gəlsə, həftəlik 250 min funt-sterlinq məvacib alacaq.

31 yaşlı futbolçunun London təmsilçisi ilə 1 illik müqaviləsi mövcuddur.

Qeyd edək ki, O, ötən mövsüm keçirdiyi 42 oyunda 29 qol vurub, 3 məhsuldar ötürmə edib.