cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

Bu gün Avropa Liqasına start verilir

05.08.2020 10:57 Oxundu 541


Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına bu gün start veriləcək.

Cempion.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Türkiyə çempionu “Başakşəhər”i qəbul edəcək. Tərəflər arasındakı ilk oyunda danimarkalılar minimal hesabla məğlub olub.

Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”, bu dəfə rəqibi “Old Trafford”da qəbul edəcək.

“İnter” İtaliyada “Xetafe” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmayıb. Bu matç neytral meydanda – Almaniyada keçiriləcək.

“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılacaq. Komandalar arasındakı ilk oyunda donetsklilər 2:1 hesabıyla qalib gəlib.

1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

5 avqust

20:55 ''Kopenhagen'' (Danimarka) – ''Başakşəhər'' (Türkiyə)
İlk oyun – 0:1
20:55 ''Şaxtyor'' (Donetsk, Ukrayna) – ''Volsfburq'' (Almaniya)
İlk oyun – 2:1
23:00 ''İnter'' (İtaliya) – ''Xetafe'' (İspaniya)
İlk oyun baş tutmayıb
23:00 ''Mançester Yunayted'' (İngiltərə) – LASK (Avstriya)
İlk oyun – 5:0

6 avqust

20:55 ''Bayer'' (Leverkuzen) – ''Reyncers'' (Şotlandiya)
İlk oyun – 3:1
20:55 ''Sevilya'' (İspaniya) – ''Roma'' (İtaliya)
İlk oyun baş tutmayıb
23:00 ''Bazel'' (İsveçrə) – ''Ayntraxt'' (Frankfurt, Almaniya)
İlk oyun – 3:0
23:00 ''Vulverhempton'' (İngiltərə) – ''Olimpiakos'' (Yunanıstan)
İlk oyun – 1:1