cümə axşamı, 31 iyul 2025

BİZİM FUTBOL

“Səbail”də yeni hücumçu

05.08.2020 11:17 Oxundu 609


“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, paytaxt klubu şimali makedoniyalı hücumçu Florian Kadriunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Peşəkar karyerasına “Tirana”da başlayan Kadriu daha sonra “Teuta”, “Şkupi” və “Rabotniçki”də də forma geyinib. Onun son komandası isə 2018-ci ildən uğurları üçün çalışdığı “Renova” olub.