05.08.2020 13:47
577


"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer edib.
Cempion.az ''Mirror''-a istinadən xəbər verir ki, "Şəhərlilər" niderlandlı futbolçunun keçidi üçün 45 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Mançester təmsilçisinin yeni transferi tezliklə tibbi müayinədən keçəcək.
Xatırladaq ki, "Bornmut" mərkəz müdafiəçisini 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib.
Qeyd edək ki, Niderland millisinin üzvü başa çatan mövsüm Premyer Liqada keçirdiyi 29 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.