cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Milan" türkiyəlini razı saldı

05.08.2020 14:17 Oxundu 588

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Qırmızı-qaralar" türkiyəli futbolçu ilə 4 illik razılığa gəlib. 26 yaşlı oyunçunun maaşı artırılmayacaq və o, illik 2,5 milyon avro məvacib alacaq. Lakin ötən sözləşmə ilə müqayisədə türkiyəli futbolçu qazanılan qələbələrdə daha çox bonus əldə edəcək.

Xatırladaq ki, Hakanın müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatırdı.

Qeyd edək ki, O, bu mövsüm 36 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.