05.08.2020 15:20
541

Qəbələdə təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.
Cempion.az xəbər verir ki, “kimyaçılar” “Qəbələ” klubu ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Bu, hər iki komandanın hazırlıq dövründə üçüncü yoxlama matçı olacaq. “Sumqayıt” bunadək “Neftçi” (0:3) və “Sabah”la (0:1), “Qəbələ” isə “Zirə” (0:0) və “Səbail”lə (1:2) qarşılaşıb.
Yoxlama oyunu
5 avqust
18:00 ''Qəbələ'' – ''Sumqayıt''