05.08.2020 16:50
546


"Roma" müdafiəçisi Mert Çetini icarəyə verib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını A Seriyasının digər klubu "Verona"da davam etdirəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Roma" türkiyəli futbolçunu 2019-cu ildə "Gənclərbirliyi"ndən 3 milyon avroya transfer edib.
Qeyd edək ki, Çetin ötən mövsüm "canavarlar"da 6 oyun keçirib.