05.08.2020 17:20
609


Arda Turanın ''Qalatasaraya'' transfer olacağını xəbər vermişdik.
Cempion.az sayıtının əldə etdiyi məlumata görə, artıq 33 yaşlı yarımmüdafiəçi ''Türk Telekom'' stadionunda "sarı-qırmızılar"la boş müqaviləyə imza atıb. "Qalatasaray"la 2+1 illik sözləşməyə imza atan Arda Turan klubdan məvacib almayacaq.
Xatırladaq ki, Türkiyə millisinin üzvü peşəkar karyerasına "Qalatasaray"da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında "Atletiko"ya transfer olmuşdu.
Qeyd edək ki, Arda ötən mövsümün ilk yarısını "Başakşəhər"də keçirmişdi.