cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Liverpul"un yeni hədəfi

05.08.2020 17:50 Oxundu 605

"Liverpul" "Norviç Siti"nin sol cinah müdafiəçisi Camal Luis ilə maraqlanır.

Cempion.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "qırmızılar" şimali irlandiyalı futbolçunu Endryu Robertsona əvəzləyici kimi görür. Mersisaydlılar rəsmi təklif göndərməsə də, 10 milyon funt-sterlinq gözdən çıxarıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 28 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.