çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Milan”dan rəsmən ayrıldı

05.08.2020 19:07 Oxundu 654


“Milan”ın futbolçusu Cakomo Bonaventura komandayla vidalaşıb.

Cempion.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Bonaventura “Milan”dan ayrıldığını açıqlayıb.

“Milan”la müddəti bitən müqaviləsini yeniləməyən yarımmüdafiəçinin “Roma”ya transfer olunacağı gözlənilir.

Qeyd edək ki, 2014-cü ildən “Milan”da çıxış edən Bonaventura, son mövsümdə A Seriyasında 29 oyunda iştirak edib.