cümə axşamı, 31 iyul 2025

DÜNYA FUTBOLU

"Portu"nun futbolçusu ingilislərin hədəfində

05.08.2020 19:47 Oxundu 583

"Mançester Yunayted" "Portu"nun müdafiəçisi Aleş Telleşi transfer hədəfinə alıb.

Cempion.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı futbolçu üçün tələb olunan 40 milyon avroluq məbləği aşağı salmağa çalışır.

Xatırladaq ki, "Portu" braziliyalı futbolçunu 2016-cı ildə "Qalatasaray"dan 6,5 milyon avroya transfer edib.

Qeyd edək ki, sol cinah müdafiəçisi ötən mövsüm 49 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.