
"Real" İngiltərəyə böyük heyyətlə yollanıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya klubu İngiltərəyə 24 futbolçu ilə gedib. Komandanın baş məşqçisi Zinəddin Zidan heyyətə Qaret Beyl, Xames Rodriqes və Mariano Diası daxil etməyib. Bunun səbəbi barədə məlumat verilməyib.
"Real"ın heyəti
Qapıçılar: Kurtua, Areola, Altube
Müdafiəçilər: Karvahal, Militan, Serxio Ramos*, Rafael Varan, Naço, Marselo, Mendi, Xavi Hernandes
Yarımmüdafiəçilər: Kroos, Modriç, Kasemiro, Valverde, İsko
Hücumçular: Hazard, Benzema, Vaskes, Yoviç, Asensio, Braim, Vinisius, Rodriqo
Qeyd edək ki, S.Ramos cəzalı olduğu üçün "Mançester Siti"yə qarşı oynamayacaq. O, komandasına dəstək olmaq üçün heyətdə yer alıb.
Xatırladaq ki, "Mançester Siti" - "Real" oyunu avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.