çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

''Barselona' qolkiperi razı saldı

06.08.2020 13:20 Oxundu 562

''Barselona''nın qolkiperi ilə danışıqları müsbət nəticələnib.

Cempion.az xəbər verir ki,Kataloniya təmsilçisinin qapıçısı Ter Ştegen klubla müqaviləsini yeniləməyə razılıq verib.

Xatırladaq ki, onun məvacibi ilə bağlı klubla anlaşa bilmədiyi barədə xəbərlər yayılmışdı. 28 yaşlı almaniyalı qapıçı Katoloniya təmsilçisi ilə müqavilə müddətini 2025-ci ilə qədər artıracaq.

Qeyd edək ki, O, bu mövsüm  La Liqada “Barsa”nın heyətində   36 oyunda çıxış edib ki, bunların da 12-də qapısını toxunulmaz saxlayıb.